Azərbaycan 3 ölkədən printer idxalını bərpa edib

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 15,55 milyon ABŞ dolları dəyərində 98 min 690 ədəd printer, surətçıxarma və faksmil aparatı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 6,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 90 % çoxdur) 78 min 164 ədəd (+3,5 dəfə), Vyetnamdan 2,4 milyon ABŞ dolları dəyərində (+18 %) 9 min 439 ədəd (-16 %), Birləşmiş Ərəb Əmirliklərindən 811 min ABŞ dolları dəyərində (+3,9 dəfə) 96 ədəd (-89 %), Filippindən 726 min ABŞ dolları dəyərində (-13 %) 4 min 560 ədəd (+3 %), Slovakiyadan 650 min ABŞ dolları dəyərində 75 ədəd məhsul alıb.

Azərbaycan 2 ilin tamamında İspaniyadan (15,7 min ABŞ dolları dəyərində 6 ədəd), 1 il 8 aylıq aradan sonra Avstriyadan (0,85 min ABŞ dolları dəyərində 1 ədəd) və 8 il 3 aylıq fasilənin ardından Slovakiyadan tədarükü bərpa edib.

Digər xəbərlər