Azərbaycan 3 ölkədən elektron siqaret idxal etməyə başlayıb

2024-cü ildə Azərbaycan 419 min ABŞ dolları dəyərində 19 828 ədəd elektron siqaret və analoji fərdi elektrik buxarlandırıcı qurğu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 5 dəfə, kəmiyyət olaraq – 6,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Malayziyadan 371,2 min ABŞ dolları dəyərində 9 700 ədəd, Çindən 46,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % azdır) 10 039 ədəd (-46 %), Böyük Britaniyadan 0,9 min ABŞ dolları dəyərində 82 ədəd və Amerika Birləşmiş Ştatlarından (ABŞ) 0,06 min ABŞ dolları dəyərində 7 ədəd məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Malayziya, ABŞ və Böyük Britaniyadan tədarük həyata keçirilib.

Digər xəbərlər

Yerli brend qlobal arenada 18 dekabr, 2025 / 15:08