Azərbaycan 2 ölkədən qəhvə idxalını bərpa edib

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 1,21 milyon ABŞ dolları dəyərində 138,5 ton qəhvə idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycana İtaliyadan 332 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59 % çoxdur) 24,41 ton (+44 %), Braziliyadan 271 min ABŞ dolları dəyərində (+5,8 dəfə) 52,6 ton (+6,6 dəfə), Türkiyədən 193 min ABŞ dolları dəyərində (+25 %) 22,52 ton (+0,4 %), Niderlanddan 92,44 min ABŞ dolları dəyərində (+3 dəfə) 8,1 ton (+2,9 dəfə), Kanadadan 58,31 min ABŞ dolları dəyərində 4,4 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.

Azərbaycan 1 il 8 aylıq fasilənin ardından Belçikadan (0,02 min ABŞ dolları dəyərində 0,01 ton) və 1 il 7 aylıq aradan sonra Burundidən (3,93 min ABŞ dolları dəyərində 0,35 ton) qəhvə idxalını bərpa edib.

Digər xəbərlər