Azərbaycan 2 ölkədən qayıq və kater tədarükünü bərpa edib

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 3,6 milyon ABŞ dolları dəyərində 293 ədəd qayıq və kater idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 dəfə çoxdur, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarından 3,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 174 dəfə çoxdur) 15 ədəd (+7,5 dəfə), Çindən 99,3 min ABŞ dolları dəyərində (+11 dəfə) 170 ədəd (-40 %), Portuqaliyadan 63,6 min ABŞ dolları dəyərində 71 ədəd (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 52,7 min ABŞ dolları dəyərində 14 ədəd, Türkiyədən 41,3 min ABŞ dolları dəyərində 4 ədəd (bir il əvvəl tədarük olmayıb) qayıq və kater alıb.

Azərbaycan 9 il 5 aylıq fasilənin ardından Bolqarıstandan (11,3 min ABŞ dolları dəyərində 1 ədəd) və 3 ilin tamamında İtaliyadan tədarükü bərpa edib.

Digər xəbərlər