Bu ilin I yarısında Azərbaycana 2,05 milyon ABŞ dolları dəyərində 2 min 884 ton kivi idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,5 %, kəmiyyət olaraq – 5,7 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,3 % çoxdur) 2 min 861 ton (+5,3 %), Çilidən 25,7 min ABŞ dolları dəyərində (+5 dəfə) 18,35 ton (+5 dəfə), Çindən 14,6 min ABŞ dolları dəyərində (-42 %) 4 ton (-43 %), İtaliyadan 1,4 min ABŞ dolları dəyərində (+8,5 %) 1 ton (+6,3 dəfə), Yeni Zelandiyadan 0,2 min ABŞ dolları dəyərində (-87 %) 0,1 ton (-87 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana (6 ölkədən) idxal edilmiş 3 min 899 ton kivinin 98,7 %-i İranın payına düşüb.