Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 8,48 milyon ABŞ dolları dəyərində 542,12 ton ətir və tualet suyu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 49 % çoxdur.
Hesabat dövründə Azərbaycan Fransadan 3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10,8 % azdır) 32,5 ton (-9 %), Birləşmiş Ərəb Əmirliklərindən 1,17 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 124,5 ton (+3,8 dəfə), Çindən 940,3 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 231,1 ton (+62 %), İspaniyadan 715,43 min ABŞ dolları dəyərində (+44 %) 12,31 ton (+68,5 %), İtaliyadan 712,22 min ABŞ dolları dəyərində (-8 %) 10,25 ton (-17 %) məhsul alıb.
Beş il 10 aylıq fasilənin ardından Yaponiyadan (3,2 min ABŞ dolları dəyərində 0,02 ton) və 3 il 2 aylıq aradan sonra Belçikadan (0,01 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük bərpa edilib.
2022-ci ildə Azərbaycanın (28 ölkədən) idxal etdiyi 26,512 milyon ABŞ dolları dəyərində ətir və tualet suyunun 40 %-i Fransanın payına düşüb.