Azərbaycan 2 ölkədən bulğur tədarükünü bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 706 min ABŞ dolları dəyərində 948,4 ton bulğur buğdası idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 34 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 705,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % azdır) 948,23 ton (-34 %), Almaniyadan 0,34 min ABŞ dolları dəyərində (+89 %) 0,09 ton (+80 %), İtaliyadan 0,16 min ABŞ dolları dəyərində 0,03 ton və Rusiyadan 0,08 min ABŞ dolları dəyərində 0,05 ton məhsul alıb.

Azərbaycan 1 il 6 aylıq fasilənin ardından Rusiyadan və 1 il 4 aydan sonra İtaliyadan bulğur tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (4 ölkədən) idxal edilmiş 2 min ton bulğurun 99,98 %-i Türkiyənin payına düşüb.

Digər xəbərlər