Bu ilin ilk 10 ayında Azərbaycana 5,7 milyon ABŞ dolları dəyərində 738 ton avtomobillər uçun radiator idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 32 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % çoxdur) 411 ton (+52 %), Türkiyədən 522 min ABŞ dolları dəyərində (+34 %) 46 ton (+31 %), Rusiyadan 467 min ABŞ dolları dəyərində (-4 %) 91 ton (+38 %), Almaniyadan 416 min ABŞ dolları dəyərində (+19 %) 76 ton (+7 %), Koreyadan 270 min ABŞ dolları dəyərində (+3 %) 29 ton (+7,4 %) məhsul alıb.
Azərbaycan 5 il 9 ayın tamamında Serbiyadan (0,46 min ABŞ dolları dəyərində 0,01 ton) və 1 il 9 aylıq fasilənin ardından Avstraliyadan (0,53 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.