Avqustun 23-ü, saat 12:00-da Azərbaycanın aparıcı maya istehsalçısı, ləğv prosesində olan “Azər-Maya” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin ləğvetmə balansının və qalıq əmlakının səhmdarlar arasında bölünməsi planını əks etsirən hesabatın təsdiq edilməsi, eləcə də digər məsələlər daxildir.
Xatırladaq ki, “Azər-Maya” 1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında yaradılıb. Onun nizamnamə kapitalı 444 min manatdır.