“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC təsərrüfat-hesablı təşkilatlar siyahısından çıxarılıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib.

"Report"un xəbərinə görə, dəyişikliklə bağlı qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsərrüfat-hesablı təşkilatlar siyahından çıxarılıb.

Digər xəbərlər