Şabranda Aqrar Biznes Festivalı keçiriləcək

Noyabrın 26-da Şabran rayonunda Aqrar Biznes Festivalı keçiriləcək.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, festival çərçivəsində "Aqrar potensial dövlətin dəstək mexanizmləri" adlı panel müzakirəsi keçiriləcək.

Bildirilib ki, panel müzakirəsi saat 11:00-da Şabran Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunacaq.

Digər xəbərlər