Azərbaycan aqrar sahədə dayanıqlı inkişaf üçün 4 əsas istiqamət müəyyən edib

Azərbaycanda aqrar sahədə dayanıqlı inkişaf üçün 4 əsas istiqamət müəyyən edilib.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin direktor müavini Səadət Hacıyeva Bakıda keçirilən "Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə" adlı konfransda bildirib.

Onun sözlərinə görə, aqrar sahənin dayanıqlı inkişaf və rəqabətqabiliyyətlilik anlayışları bir-birinə paralel inkişaf edən istiqamətlər deyil: "Dayanıqlı inkişaf dedikdə, ilk növbədə, torpaq və su resurslarımızın qorunması nəzərdə tutulur. Digər tərəfdən, 2-ci sütun kimi ərzaq təhlükəsizliyini gücləndirməli, daxili istehsalı artırmalıyıq. 3-cü istiqamət məhsuldarlığın yüksəldilməsi, əlavə dəyərin yaradılması və ixrac həcminin genişləndirilməsidir. 4-cü istiqamət innovasiyalı yanaşmaların tətbiqi və insan kapitalının inkişafıdır. Məhz bu istiqamətləri aqrar sektorun inkişafına təkan verən 4 əsas sütun kimi müəyyən etmişik. Ancaq detallara keçdikdə göstərməyə çalışacağam ki, bu istiqamətlərin hər birində bizi nə qədər çətin vəzifələr gözləyir".

Digər xəbərlər