Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakının Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində keçirilən arıçılıq məhsullarının sərgi-satış yarmarkasının bu gün saat 14:00-da açılış mərasimi olacaq.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Xatırladaq ki, mərasimin oktyabrın 5-də keçirilməsi nəzərdə tutulsa da, hava şəraiti buna imkan verməmişdi.
Yarmarkanın oktyabrın 28-dək davam edəcəyi nəzərdə tutulub.