Bakı. 28 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorda inzibati xətalar üzrə informasiya sisteminin yaradılması məqsədi ilə elan etdiyi açıq tenderin qalibini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, qalib “Powersoft” MMC-dir. Bu şirkətlə nazirlik arasında dəyəri 57 min manat olan müqavilə imzalanıb.