Bu ilin ilk ayında Azərbaycana xaricdən 43,423 milyon ABŞ dolları dəyərində 142 min 656 ton buğda (toxumluqdan başqa) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 52,2 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 28,225 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 69 % çoxdur) 99 min 88 ton (+2,1 dəfə) və Qazaxıstandan 15,198 milyon ABŞ dolları dəyərində (-3,4 %) 43 min 567 ton (-7,2 %) məhsul alıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana idxal edilən (3 ölkədən) 1 milyon 289 min ton buğdanın 78,2 %-i Rusiyanın payına düşüb.