Azərbaycan daha bir ölkədən pendir tədarük etməyə başlayıb

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 5,11 milyon ABŞ dolları dəyərində 18 min 273,92 ton pendir (adi və əridilmiş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, 2020-ci ilin analoji dövrü ilə müqayisədə tədarük dəyər ifadəsində 9,8 %, kəmiyyət olaraq - 13,53 % artıb.

Hesabat dövründə Azərbaycan 28 ölkədən pendir alıb. Ötən il ilk dəfə olaraq Banqladeşdən bu süd məhsulunun tədarükünə başlanıb. Bu ölkədən 35,82 min ABŞ dolları dəyərində 6,03 ton pendir alınıb.

2021-ci ilin ilk 10 ayında pendir aldığımız əsas ölkələr – TOP-10:

Ölkə

Həcm, ton

İllik dinamika

Dəyər, min ABŞ dolları

İllik dinamika

Almaniya

726,86

-5,74 %

3 055,16

1,57 %

Litva

630,97

-13,22 %

2 757,34

-0,28 %

Türkiyə

664,41

58,45 %

2 608,23

56,64 %

Rusiya

523,52

19,6 %

2 071,75

18,63 %

İran

1 078,58

2,9 dəfə

1 799,73

2,9 dəfə

Belarus

331,27

24 %

1586,86

30,48 %

Ukrayna

193,12

-10,63 %

807,64

-2,69 %

Finlandiya

176,64

1,67 %

803,43

4,63 %

Polşa

155,87

15,62 %

558,08

29,54 %

Səudiyyə Ərəbistanı

198

-41,41 %

396,72

-44,15 %

Digər xəbərlər