Azərbaycan Belarusa mandarin ixracını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 936 min ABŞ dolları dəyərində 2 min 67 ton mandarin ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 39 % çoxdur.

Hesabat dövründə Rusiyaya 909 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 32 % çox) 2 min 27 ton (+37 %), Belarusa 27,1 min ABŞ dolları dəyərində 39,5 ton və Qazaxıstana 0,46 min ABŞ dolları dəyərində (-95 %) 1 ton (-93 %) məhsul satıb.

Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Belarusa mandarin tədarükünü bərpa edib.

Digər xəbərlər