Gürcüstan parlamentində kütləvi dava baş verib

Gürcüstan parlamentində kütləvi dava baş verib Deputatlar Gürcüstanın AŞPA-da nümayəndəliyin tərkibi ilə bağlı mübahisə ediblər
Region
27 Dekabr , 2014 11:17
Gürcüstan parlamentində kütləvi dava baş verib

Bakı. 27 dekabr. REPORT.AZ/ Gürcüstan parlamentində kütləvi dava baş verib.

"Report" "Euronews"a istinadən xəbər verir ki, dava nəticəsində üç deputata tibbi yardım tələb olunub, qanunverici orqanın işi yarım saat müddətinə dayanıb.

Davada cüdo üzrə Olimpiya çempionu Zurab Zviadauri də iştirak edib. 

Deputatları təhlükəsizlik xidmətinin əməkdaşları sakitləşdirməyə müvəffəq olub. 

Millət vəkilləri Gürcüstanın Avropa Şurasının Parlament Assambleyasında nümayəndəliyin tərkibi ilə bağlı mübahisə ediblər.

Son xəbərlər

Orphus sistemi