Rusiyalı politoloq: Moskva ilə İrəvanın yolları ayrılıb

Rusiyalı politoloq: Moskva ilə İrəvanın yolları ayrılıb Rusiya və Ermənistanın yolları ayrılıb və çətin ki, yaxın gələcəkdə, hətta ortamüddətli perspektivdə onların münasibətləri əvvəlki səviyyəyə qayıtsın.
Region
10 May , 2024 17:51
Rusiyalı politoloq: Moskva ilə İrəvanın yolları ayrılıb

Rusiya və Ermənistanın yolları ayrılıb və çətin ki, yaxın gələcəkdə, hətta ortamüddətli perspektivdə onların münasibətləri əvvəlki səviyyəyə qayıtsın.

Bu barədə “Report”un Rusiya bürosuna açıqlamasında politoloq Aleksey Naumov bildirib.

Onun sözlərinə görə Ermənistanın baş naziri Nikol Paşinyan öz yerində möhkəm oturub və bu gün İrəvanın siyasi kursunu məhz o müəyyənləşdirir: “Bu siyasət artıq anti-Rusiya, anti-Azərbaycan və təbii ki, bir çox cəhətdən bütün region üçün faydasız olmağa məhkumdur. Paşinyan anti-Rusiya və Qərbyönlü siyasi kurs seçib”.

Son xəbərlər

Orphus sistemi