Türkiyədə müəllimlərə qarşı zorakılığa görə cəzalar sərtləşdiriləcək

Türkiyədə müəllimlərə qarşı zorakılığa görə cəzalar sərtləşdiriləcək “Türkiyədə müəllimlərə qarşı zorakılığa görə cəzalar ikiqat artırılacaq. Təhsil sektoru nümayəndələrinin müdafiəsinə yönəlmiş qanun layihəsi yaxın vaxtlarda parlamentə göndəriləcək”.
Region
11 May , 2024 02:10
Türkiyədə müəllimlərə qarşı zorakılığa görə cəzalar sərtləşdiriləcək

“Türkiyədə müəllimlərə qarşı zorakılığa görə cəzalar ikiqat artırılacaq. Təhsil sektoru nümayəndələrinin müdafiəsinə yönəlmiş qanun layihəsi yaxın vaxtlarda parlamentə göndəriləcək”.

“Report” xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, həmçinin qeyd edib ki, özəl təhsil müəssisələrində çalışan təhsil sektorunun nümayəndələrinə qarşı zorakılıq dövlət məmurlarına qarşı törədilən cinayətlər kimi tövsif olunacaq.

Ərdoğanın yerli məktəblərdə zorakılığa qarşı tədbir görmək qərarı mayın 7-də İstanbulda özəl liseyin direktorunun 17 yaşlı iraqlı miqrant tərəfindən öldürülməsindən sonra verilib. Bu cinayət Türkiyədə böyük ictimai rezonansa səbəb olub.

Mayın 10-da bütün ölkə üzrə müəllimlər ərazidə təhlükəsizliyin təmin edilməsi, eləcə də təhsil naziri Yusuf Tekinin istefası tələbi ilə bir günlük tətil keçiriblər. İstanbul və Ankara da daxil olmaqla kütləvi yürüşlərin iştirakçıları da mərkəzi hakimiyyət orqanlarını miqrasiya siyasətinə yenidən baxmağa çağırıblar. Rəsmi məlumatlara görə, Türkiyədə 3,5 milyona yaxın qaçqın var ki, onların da əksəriyyəti Suriyadandır.

Son xəbərlər

Orphus sistemi