Rusiyada sərnişin avtobusunun çaya düşməsi nəticəsində ölənlərin sayı altıya çatıb - YENİLƏNİB

Rusiyada sərnişin avtobusunun çaya düşməsi nəticəsində ölənlərin sayı altıya çatıb - YENİLƏNİB Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusunun Moyka çayına düşməsi nəticəsində bir nəfər ölüb.
Region
10 May , 2024 15:54
Rusiyada sərnişin avtobusunun çaya düşməsi nəticəsində ölənlərin sayı altıya çatıb - YENİLƏNİB

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusunun Moyka çayına düşməsi nəticəsində ölənlərin sayı altıya çatıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər və vilayət üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib.

Qəza nəticəsində xəsarət alanlardan dörd nəfərin klinik ölüm vəziyyətində olduğu bildirilir.

15:23

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusunun Moyka çayına düşməsi nəticəsində iki nəfər ölüb, beşi yaralanıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər və vilayət üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib.

Məlumata görə, avtobusda təxminən 20 nəfər olub.

Bildirilib ki, hadisə yerinə 18 texnika və 70 xilasedici cəlb edilib.

Son xəbərlər

Orphus sistemi