Beynəlxalq Tennis Federasiyası Krımı Rusiyanın bir hissəsi kimi tanıyıb

Beynəlxalq Tennis Federasiyası Krımı Rusiyanın bir hissəsi kimi tanıyıb Françesko Riççi-Bitti: "Krım tennisçiləri Rusiya bayrağı altında beynəlxalq yarışlara qatıla bilərlər"
Fərdi
23 Aprel , 2015 09:38
Beynəlxalq Tennis Federasiyası Krımı Rusiyanın bir hissəsi kimi tanıyıb

Bakı. 23 aprel. REPORT.AZ/ Beynəlxalq Tennis Federasiyası (İTF) Krımı Rusiyanın bir hissəsi kimi tanıyıb. "Report"un məlumatına görə, bu barədə İTF prezidenti Françesko Riççi-Bitti açıqlama verib. 

O bildirib ki, Krım tennisçilərinin Rusiya bayrağı altında çıxış edərək, ölkəni beynəlxalq yarışlarda təmsil etmələrində problem görmür. Daha öncə Beynəlxalq Boks Assosiasiyası da Krımı Rusiya ərazisi kimi tanıyıb. 

Qeyd edək ki, İTF 205 ölkəni özündə birləşdirir. 

Son xəbərlər

Orphus sistemi