Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb Qazaxıstanın paytaxtı Astanada davam edən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan təmsilçisi Kamran Süleymanov bürünc medal qazanıb.
Fərdi
10 May , 2024 17:38
Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Kamran Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

"Report" xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü üçüncü yer uğrunda mübarizədə digər komanda yoldaşı Ruslan Paşayevlə qarşılaşıb.

Rəqibini üstələyən K.Süleymanov Azərbaycana yarışda ilk medalı qazandırıb.

Kişilərin yarışında Əhməd Yusifov (60 kq) üçüncülük uğrunda görüşdə Yeldos Smetova (Qazaxıstan) uduzub.

Qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) türkiyəli Tucer Bederə yenilib.

Qeyd edək ki, turnirin qalibləri 1000, gümüş və bürünc medalçılar isə müvafiq olaraq 700 və 500 reytinq xalı qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi