Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçiriləcək cüdo üzrə Avropa Kata turnirində iştirak edəcək.
Fərdi
10 May , 2024 20:30
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçiriləcək cüdo üzrə Avropa Kata turnirində iştirak edəcək.

"Report" Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış mayın 11-i start götürəcək.

10 ölkədən 104 idmançının iştirak edəcəyi birincilikdə ölkəmiz 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız turnirdə böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Nage-no-Kata

Malik Alahverdiyev - tori (hücum edən idmançı)

Samir İsmayılov - uke (hücum edilən idmançı)

İsmayıl Rzayev - tori

İbrahim Aslanov - uke

Katame-no-Kata

Rafiq Nəcəfov - tori

Əmrah Əhmədov – uke

Son xəbərlər

Orphus sistemi