Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb Parakarate üzrə Azərbaycan millisinin 4 üzvü Xorvatiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.
Fərdi
10 May , 2024 21:44
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb

Parakarate üzrə Azərbaycan millisinin 4 üzvü Xorvatiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.

Bu barədə "Report"a Azərbaycan Karate Federasiyasından (AKF) məlumat verilib.

Baş məşqçi Rənad Əliyevin yetirmələrindən Emiliya Mitlinova, Vidadi Xalıqov, Eldar Əhmədov və Nihat Məmmədzadə qitəmiqyaslı yarışın qızıl medalları uğrunda mübarizə aparacaqlar. Daha bir parakarateçimiz Ariana Mitlinova isə 3-cu yer uğrunda görüşə çıxacaq.

Fərid Savadov və Hüseyn Məmmədli də bürünc mükafatlar uğrunda döyüşəcəklər.

Qeyd edək ki, komandamız Avropa çempionatına AKF-nin vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

Son xəbərlər

Orphus sistemi