Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir

Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə qoşulub.
Fərdi
10 May , 2024 20:05
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, yarımfinala qədər irəliləyən idmançımız, bu mərhələdə Şimali Koreya təmsilçisi Son Hyanq Kimə məğlub olmaqla lisenziya şansını sabaha saxlayıb.

O, üçüncü yer uğrunda görüşdə qalib gələrsə, Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Qeyd edək ki, bu gün qadınlardan ibarət yığmanın daha 4 üzvü xalça üzərinə çıxıb. Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) rəqiblərinə məğlub olaraq Paris-2024-ə lisenziya qazana bilməyiblər.

Son xəbərlər

Orphus sistemi