Pakistanda sel nəticəsində 81 nəfər ölüb

Pakistanda sel nəticəsində 81 nəfər ölüb Təbii fəlakətin mərkəzi Hayber-Paxtunxva vilayəti olub
Digər ölkələr
29 İyul , 2015 00:03
Pakistanda sel nəticəsində 81 nəfər ölüb

Bakı. 29 iyul. REPORT.AZ/ Pakistanda növbəti sel fəlakəti yaşanıb.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin şimal-qərbində qeydə alınan çoxsayılı sel və daşqınlar nəticəsində ölənlərin sayı 80 nəfəri keçib.

Təbii fəlakətlərin mərkəzi isə Hayber-Paxtunxva vilayəti olub. Burada ölənlərin sayı 38-ə çatıb.

Xatırladaq ki, ötən il musson yağışları səbəbindən baş verən sel fəlakətləri nəticəsində Pakistanın və Hindistanın şimalında 440 nəfər dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi