ABŞ-ın Ukraynaya ayırdığı yardımın həcmi 51,3 milyard dolları ötüb

ABŞ-ın Ukraynaya ayırdığı yardımın həcmi 51,3 milyard dolları ötüb Amerika prezidenti Cozef Baydenin bütün fəaliyyəti dövründə ABŞ-dan Ukraynaya yardımın ümumi həcmi 51,3 milyard dolları ötüb.
Digər ölkələr
11 May , 2024 01:04
ABŞ-ın Ukraynaya ayırdığı yardımın həcmi 51,3 milyard dolları ötüb

Amerika prezidenti Cozef Baydenin bütün fəaliyyəti dövründə ABŞ-dan Ukraynaya yardımın ümumi həcmi 51,3 milyard dolları ötüb.

“Report” xəbər verir ki, belə rəqəmlər ABŞ Müdafiə Nazirliyinin hesabatında yer alıb.

Pentaqonun məlumatına görə, bu məbləğin 50,6 milyard dolları hərbi əməliyyatın başlamasından sonra ölkə rəhbərliyinə daxil olub.

ABŞ Ukraynaya bir ədəd “Patriot” hava hücumundan müdafiə sistemi, 12 ədəd “NASAMS” zenit-raket sistemləri, “HAWK” hava hücumundan müdafiə sistemləri, 2 mindən çox “Stinger” zenit raketi, “Vampire” pilotsuz uçuş aparatı, “Avenger” hava hücumundan müdafiə sistemləri və s. tədarük edib.

Son xəbərlər

Orphus sistemi