Cənubi Afrikada binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Cənubi Afrikada binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb Cənubi Afrika Respublikasının cənub-qərbində Corc şəhərində tikilməkdə olan çoxmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Digər ölkələr
10 May , 2024 22:39
Cənubi Afrikada binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Cənubi Afrika Respublikasının cənub-qərbində Corc şəhərində tikilməkdə olan çoxmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli hökumətin sözçüsü Anton Bredell məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə 40 nəfər xilas edilib, daha 39 nəfər itkin düşmüş hesab edilir.

Səlahiyyətlilər daha əvvəl altı nəfərin öldüyünü açıqlamışdı. Xilasedicilər qəza yerində işlərini davam etdirirlər.

Mayın 6-da şəhərin mərkəzi hissəsində tikilməkdə olan çoxmərtəbəli bina uçub. Hadisə zamanı binada inşaatçılar olub. Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa həlak olanların ailələrinə başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi