Bakı. 29 iyul. REPORT.AZ/ Pakistanda növbəti sel fəlakəti yaşanıb.
"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin şimal-qərbində qeydə alınan çoxsayılı sel və daşqınlar nəticəsində ölənlərin sayı 80 nəfəri keçib.
Təbii fəlakətlərin mərkəzi isə Hayber-Paxtunxva vilayəti olub. Burada ölənlərin sayı 38-ə çatıb.
Xatırladaq ki, ötən il musson yağışları səbəbindən baş verən sel fəlakətləri nəticəsində Pakistanın və Hindistanın şimalında 440 nəfər dünyasını dəyişib.