Pentaqon bütün ABŞ hərbçilərini Nigerdən çıxarır

Pentaqon bütün ABŞ hərbçilərini Nigerdən çıxarır ABŞ Müdafiə Nazirliyi yaxın bir neçə ay ərzində amerikalı hərbçiləri tam tərkibdə (Min hərbçi – Qeyd) Nigerdən çıxarmaq qərarına gəlib.
Digər ölkələr
10 May , 2024 22:27
Pentaqon bütün ABŞ hərbçilərini Nigerdən çıxarır

ABŞ Müdafiə Nazirliyi yaxın bir neçə ay ərzində amerikalı hərbçiləri tam tərkibdə (Min hərbçi – Qeyd) Nigerdən çıxarmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, cari ilin aprel ayında Birləşmiş Ştatlar Nigerin Vaşinqtonla hərbi əməkdaşlıq müqaviləsini ləğv edəcəyini deməsindən sonra qoşunların nizamlı çıxarılması planlarını müzakirə etməyə başlayacağını açıqlamışdı.

Tərəflər hərbçilərin çıxarılması şərtləri ilə bağlı məsləhətləşmələri davam etdirib və bəzi Amerika qoşunlarının Nigerin ərazisində qala bilməsi ehtimalını müzakirə ediblər.

“Politico”nun mənbəsinin sözlərinə görə, qoşunlar regionun digər ölkələrinə göndəriləcək və oradan əməliyyatları davam etdirə biləcəklər. Hərbçilərin sayının azaldılmasına ABŞ səfirliyinin təhlükəsizliyini təmin edən mühafizəçilər daxil deyil.

Son xəbərlər

Orphus sistemi