Ziyafət Əsgərov: “Avropa Məhkəməsi 2016-cı ildə Azərbaycanla bağlı 16 qərar çıxarıb”

Ziyafət Əsgərov: “Avropa Məhkəməsi 2016-cı ildə Azərbaycanla bağlı 16 qərar çıxarıb” "Avropa Məhkəməsinin saytına baxdıqda görünür ki, ilk 4-lükdə başqa ölkələrdir"
Xarici siyasət
30 İyun , 2017 12:16
Ziyafət Əsgərov: “Avropa Məhkəməsi 2016-cı ildə Azərbaycanla bağlı 16 qərar çıxarıb”

Bakı. 30 iyun. REPORT.AZ/ “Bəzən Avropa Məhkəməsinin Azərbaycanla bağlı daha çox qərar çıxardığı qeyd edilir. Amma nəzər salsaq, görərik ki, 2016-cı ildə Azərbaycanla bağlı 16 qərar çıxarılıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonunucu plenar iclasında parlament sədrinin birinci müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, Avropa Məhkəməsinin saytına baxdıqda görünür ki, ilk 4-lükdə başqa ölkələrdir: “Halbuki Yunanıstana qarşı 41, Özbəkistana qarşı 33 qərar çıxarılıb. Burada həm də əhalinin sayı da nəzərə alınmalıdır. Avropalı ekspertlər Azərbaycan hakimiyyətinin məhkəmə sistemində apardığı islahatları yüksək qiymətləndirir. Amma bəzi qüvvələr buina kölgə salmağa çalışır”.

Son xəbərlər

Orphus sistemi