Media portalının rəhbəri: Zikhlər heç bir zalım rejim qarşısında diz çökməyəcək

Xarici siyasət
  • 16 yanvar, 2026
  • 11:02
Media portalının rəhbəri: Zikhlər heç bir zalım rejim qarşısında diz çökməyəcək

Zikhlər heç bir zalım rejim qarşısında diz çökməyəcək.

"Report" xəbər verir ki, bunu "The Sikh Network" media portalının rəhbəri Khatkar Jaswinder Singh yanvarın 16-da Bakıda "Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, zikhlər zərurət yarandıqda hüquqlarını qorumaq üçün istənilən vasitə ilə müdafiə olunmaq gücünə sahibdir:

"Biz Hindistanda say baxımından azlıq təşkil etsək də, boyun əyməyəcəyik, heç bir zalım rejim qarşısında diz çökməyəcəyik. Zikhlər Hindistanın Britaniya müstəmləkəçiliyindən azad olunması uğrunda böyük fədakarlıqlar göstəriblər, bu mübarizəyə töhfə veriblər. Ancaq buna baxmayaraq, zikh icması iki yerə parçalanıb. Nəticədə 14 milyondan çox insan öz yurd-yuvasından didərgin düşüb. Sərhədlər boyunca bir milyondan çox insanımız qətlə yetirilib. Nəticədə demoqrafik sıxlığımızı və bununla birlikdə iqtisadi resurslarımızı itirmişik. Bu torpaqlar əkilib-becərilmiş, məhsul götürülmüş ərazilər idi, lakin itirdik. Evlər, bizneslər - hər şey geridə qaldı, insanlar yalnız kürəklərində daşıya bildiklərini götürərək sərhədi keçdilər".

Khatkar Jaswinder Singh Lahorun Zikh Krallığının paytaxtı olduğunu xatırladıb:

"Bu gün şəhər Pakistanda qalan zikhlər üçün xüsusi əhəmiyyət daşıyır. Pakistanda zkhlərə aid bir çox tarixi məkanlar mövcuddur. Zikh Krallığının siyasi mərkəzi də Pakistanda yerləşirdi. Hindistan isə zikhlərə verdiyi vədlərin heç birinə əməl etməyib, əvəzində böyük çətinliklərlə üzləşmişik".

Son xəbərlər

Bütün Xəbər Lenti