Azərbaycanın Yaponiyadakı sabiq səfiri "Doğan günəş" ordeninə layiq görülüb

Xarici siyasət
  • 03 noyabr, 2026
  • 16:22
Azərbaycanın Yaponiyadakı sabiq səfiri Doğan günəş ordeninə layiq görülüb

Azərbaycanın Yaponiyadakı sabiq səfiri Gürsel İsmayılzadə "Gümüş şəfəqli Doğan Günəş" (The Order of the Rising Sun, Silver Rays) ordeninin kavaleri olub.

"Report" xəbər verir ki, noyabrın 3-də Yaponiya hökuməti 2026-cı ilin payız mövsümü çərçivəsində xarici vətəndaşlara təqdim edilən dövlət mükafatları laureatlarının siyahısını açıqlayıb.

Gürsel İsmayılzadə Azərbaycan-Yaponiya münasibətlərinin möhkəmləndirilməsinə verdiyi mühüm töhfəyə, eləcə də dostluq əlaqələrinin inkişafına və iki dövlət arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə göstərdiyi dəstəyə görə bu mükafatla təltif edilib.

Əcnəbi vətəndaşlar üçün nəzərdə tutulan Yaponiyanın dövlət mükafatları Yaponiya ilə dostluq münasibətlərinin inkişafına mühüm töhfə verən və digər sahələrdə yüksək nəticələr əldə edən şəxslərə İmperator adından təqdim olunur.

44 filmi