Xorvatiyanın sabiq Prezidenti: “Bir çox Balkan ölkələri gələcəklərini Aİ-nin tərkibində görür”
- 11 mart, 2023
- 06:28
Yeniliklərdən dərhal xəbərdar olun!
“Balkan ölkələrinin Avropa İttifaqına qoşulması regionun bütün ölkələri üçün ümumi müzakirə platforması yaradacaq”.
“Report” xəbər verir ki, bunu Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç X Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, regionun bir çox ölkələri gələcəklərini Avropa İttifaqının (Aİ) tərkibində görür.
“Mən həmişə qonşu ölkələrin Avropa İttifaqı və NATO-ya daxil olmasını dəstəkləmişəm”, - deyən sabiq dövlət başçısı bütün regionun böyük potensiala malik olduğunu da vurğulayıb.
K.Qrabar-Kitaroviçin sözlərinə görə, Aİ qlobal elementə çevrilmək istəyirsə, Qərbi Balkan ölkələrini sıralarına daxil etməlidir.
“Zaman dəyişib, Ukraynadakı müharibə Avropa İttifaqının bütün təhlükəsizliyini pozub”, - eks-prezident söyləyib.