“Xocalı: Şahidlər danışır” kitabı urdu dilinə tərcümə edilib

“Xocalı: Şahidlər danışır” kitabı urdu dilinə tərcümə edilib Azərbaycan Dillər Universitetində (ADU) Bakı Dövlət Universitetinin müəllimi Amaliya Paşayevanın urdu dilinə tərcümə etdiyi yazıçı-publisist İradə Əliliyə məxsus “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub.
Xarici siyasət
22 Fevral , 2024 12:16
“Xocalı: Şahidlər danışır” kitabı urdu dilinə tərcümə edilib

Azərbaycan Dillər Universitetində (ADU) Bakı Dövlət Universitetinin müəllimi Amaliya Paşayevanın urdu dilinə tərcümə etdiyi yazıçı-publisist İradə Əliliyə məxsus “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub.

“Report” xəbər verir ki, tədbir Pakistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

“Adından da göründüyü kimi, kitabda faciənin şahidlərinin hekayələri yer alıb. Xocalı hadisələri və insanların onlara münasibəti ilə bağlı yazıları oxuyanda gördüm ki, dünyanın bir çox ölkəsi bunu insanlığa qarşı cinayət hesab edir. Bildiyiniz kimi, Pakistan Azərbaycanın böyük dostudur. Pakistan Senatı Xocalı hadisələrini əsl soyqırımı kimi tanıyıb”, - Pakistanın Azərbaycandakı səfiri Bilal Haye tədbirin açılışında bildirib.

Kitabın müəllifi İradə Əlili vurğulayıb ki, hər bir azərbaycanlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdır.

“Bu kitabın 11 dilə tərcümə edildiyini öyrəndim və onu urdu dilinə tərcümə edərək töhfə vermək qərarına gəldim. Xocalı həqiqətlərini dünyaya nə qədər çox çatdırsaq, bir o qədər çox insan bu soyqırımı barədə məlumatlanacaq. Hesab edirəm ki, bu, hər bir azərbaycanlının borcudur”, - A.Paşayeva qeyd edib.

Kitabda Xocalı soyqırımı şahidlərinin, işgəncələrə məruz qalan insanların acı xatirələri öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi