Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişəcək
Xarici siyasət
- 28 dekabr, 2024
- 10:33
Yaxın günlərdə Azərbaycan ərazisində Rusiya vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilməsi nəzərdə tutulub.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiyada xarici vətəndaşların müvəqqəti olma müddəti ilə əlaqədar qəbul edilmiş yeni qaydalarla bağlı yerli medianın sualına cavabında deyib.
O vurğulayıb ki, Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə Azərbaycan vətəndaşlarının hüquqları kontekstində nəzərdən keçirilir:
"Azərbaycan tərəfi hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edəcək".
Son xəbərlər
09:00
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək
Fərdi08:54
Cənubi Koreya Prezidenti İranla münaqişədə iştirak üçün qoşun göndərməyi istisna edib
Digər ölkələr08:45
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Hadisə08:40
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (18.09.2026)
Maliyyə08:14
Foto
Bakıda 18 istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:09
Kubanın XİN başçısı: Rubionun kubalıları iradəsinə tabe etmək cəhdi uğursuzluğa məhkumdur
Digər ölkələr07:41
Finlandiya xüsusi təyinatlıları Baltik dənizində təlimlər keçirib
Digər ölkələr07:15
Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
Energetika06:39