XİN başçısı: "Rusiya sülhməramlı kontingentinin fəaliyyət müddəti sənəd əsasında tənzimlənir"

Xarici siyasət
  • 28 dekabr, 2023
  • 13:02
XİN başçısı: Rusiya sülhməramlı kontingentinin fəaliyyət müddəti sənəd əsasında tənzimlənir

Rusiya sülhməramlı kontingentinin fəaliyyət müddəti sənəd əsasında tənzimlənir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

"Fakt ondan ibarətdir ki, üçtərəfli bəyanat var və bu sənəd liderlər səviyyəsində imzalanıb. Həmin sənəddə Rusiya sülhməramlı kontingentinin Azərbaycandakı fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub. Bu sənəd əsas götürülməlidir", - o qeyd edib.