XİN başçısı: “Antiterror tədbirləri qanunsuz rejimin yeni status-kvo formalaşdırma cəhdlərinə son qoydu”

Xarici siyasət
  • 28 dekabr, 2023
  • 11:36
XİN başçısı: “Antiterror tədbirləri qanunsuz rejimin yeni status-kvo formalaşdırma cəhdlərinə son qoydu”

Antiterror tədbirləri qanunsuz rejimin yeni status-kvo formalaşdırma cəhdlərinə son qoydu.

"Report"un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, Ermənistanın davamlı olaraq öhdəliklərinə əməl etməməsi, danışıqları imitasiya etməsi danışıqlarda əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verməyib.

“Bununla belə antiterror tədbirlərinin qanunsuz rejimin yeni status-kvo formalaşdırma cəhdlərinə son qoyulmasında yeni imkanlar yaradıb. Ermənistanın təxminən 30 il ərzində törətdiyi cinayətlərin ifşa edilməsi istiqamətində işlər davam etdirilib. Bu məqsədlə beynəlxalq hüquqa uyğun olaraq müxtəlif addımlar atılıb”, - nazir deyib.