XİN: "İran Azərbaycanın xoşniyyətli addımlarına lazımi qarşılıq vermir"

XİN: "İran Azərbaycanın xoşniyyətli addımlarına lazımi qarşılıq vermir" Azərbaycan Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvidən İran rəsmilərinin həqiqətdən uzaq bəyanat və çıxışlarına son qoymasını tələb edib.
Xarici siyasət
3 Aprel , 2023 17:54
XİN: İran Azərbaycanın xoşniyyətli addımlarına lazımi qarşılıq vermir

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvidən İran rəsmilərinin həqiqətdən uzaq bəyanat və çıxışlarına son qoymasını tələb edib.

Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.

İranın Azərbaycandakı səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları iki ölkə arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir.

Bununla yanaşı, iki ölkə arasında münasibətlər dövründə yaranan anlaşılmazlıqların daim İran tərəfinin birtərəfli davranış və addımlarından qaynaqlandığı, Azərbaycan tərəfinin ardıcıl və xoş niyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilmədiyi qeyd olunub.

Qeyd edək ki, aprelin 3-də Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) İran səfirliyinin notası daxil olub.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi aprelin 3-də XİN-ə çağırılıb. İran tərəfinə cavab notası təqdim edilib.

Son xəbərlər

Orphus sistemi