XİN beynəlxalq ictimaiyyəti Azərbaycan hərbçisinin Ermənistanda işgəncəyə məruz qalmasını pisləməyə çağırıb

XİN beynəlxalq ictimaiyyəti Azərbaycan hərbçisinin Ermənistanda işgəncəyə məruz qalmasını pisləməyə çağırıb Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb.
Xarici siyasət
13 Aprel , 2023 16:29
XİN beynəlxalq ictimaiyyəti Azərbaycan hərbçisinin Ermənistanda işgəncəyə məruz qalmasını pisləməyə çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb.

“Report” xəbər verir ki, bunu nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşən Azərbaycan Ordusunun 2 əsgəri Ermənistan tərəfindən saxlanılıb.

“Onlar ağır şəkildə döyülüb və işgəncələrə məruz qalıblar. Bu cür pis rəftar beynəlxalq humanitar hüquqa ziddir, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir”, - XİN rəsmisi bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Son xəbərlər

Orphus sistemi