XİN: Aniterror tədbirləri Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir edə bilər

XİN: Aniterror tədbirləri Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir edə bilər Azərbaycan Ermənistanla sülh və sabitliyə sadiqdir, eləcə də qanunsuz erməni hərbi birləşmələrinin qalıqlarının aradan qaldırılması istiqamətində gördüyü tədbirlərin Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir edəcəyinə ümid edir.
Xarici siyasət
21 Sentyabr , 2023 22:59
XİN: Aniterror tədbirləri Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir edə bilər

Azərbaycan Ermənistanla sülh gündəliyinə sadiqdir və qondarma rejimin, habelə qanunsuz erməni silahlı qüvvələrinin qalıqlarının ərazilərimizdən çıxarılması tədbirlərinin Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir göstərəcəyinə inanır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin bəyanatına cavabında bildirib.

Şərhdə deyilir ki, bu gün Azərbaycan Hökuməti ilə erməni sakinlərin nümayəndələri arasında sözügedən sakinlərin reinteqrasiyası, infrastrukturun bərpası, Azərbaycan Konstitusiyası və qanunvericiliyi əsasında fəaliyyətin təşkili ilə bağlı Yevlaxda aparılan konstruktiv müzakirələrə Aİ-nin açıq şəkildə etinasızlığı özündə bir daha İttifaq daxilində mövcud müəyyən dairələrin dar siyasi məqsədlərini nümayiş etdirir.

"Humanitar vəziyyət və yerli erməni sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı iddialara gəlincə isə beynəlxalq tərəfdaşların da dəstəyi ilə Azərbaycanın bugünkü görüşün nəticələrinə uyğun olaraq, yerli erməni sakinlərin sosial və humanitar vəziyyətinin yaxşılaşdırılması üçün lazımi yardım göstərəcəyini və ölkəmizin bu istiqamətdə addımlarına qarşı mümkün müdaxilənin hər hansı fayda və səmərə verməyəcəyini bildiririk", - şərhdə qeyd edilib.

Son xəbərlər

Orphus sistemi