XİN: Dağlıq Qarabağda keçiriləcək tədbirə dəvət olunan şəxsləri Ermənistanın yalanına uymamağa çağırırıq

XİN: Dağlıq Qarabağda keçiriləcək tədbirə dəvət olunan şəxsləri Ermənistanın yalanına uymamağa çağırırıq Hikmət Hacıyev: “Bu, Ermənistan tərəfindən həyata keçirilməsi planlaşdırılan növbəti təxribatdır”
Xarici siyasət
27 Aprel , 2017 17:03
XİN: Dağlıq Qarabağda keçiriləcək tədbirə dəvət olunan şəxsləri Ermənistanın yalanına uymamağa çağırırıq
Report

Bakı. 27 aprel. REPORT.AZ/ "Bu il sentyabrın 13-dən 15-dək Ermənistan tərəfindən Yerevanda və Azərbaycanın işğal edilmiş ərazilərində “Tibbdə reabilitasiyanın müasir aspektləri” mövzusunda VIII beynəlxalq konfransın keçirilməsi planlaşdırılır".

“Report”un xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

Onun sözlərinə görə, konfransda Rusiya, Çexiya, Tacikistan, Almaniya, Qazaxıstan, Özbəkistan və Gürcüstandan olan tibb üzrə mütəxəssislər dəvət olunublar: "Azərbaycanın işğal olunmuş ərazilərində bu tədbiri təşkil etməklə Ermənistanın məqsədi tibbi reabilitasiyanın müasir aspektlərini müzakirə etmək deyil. Ermənistanın güddüyü əsl məqsəd siyasi təxribat xarakteri daşıyır. Ermənistan bu yolla yenə də qondarma rejimi təşviq etməyə və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməyə çalışır.

Bu, Ermənistan tərəfindən həyata keçirilməsi planlaşdırılan növbəti təxribatdır. Konfransa dəvət olunan xarici ölkə vətəndaşlarını Ermənistanın bu yalanına uymamağa və rəsmi Yerevanın əlində təbliğat alətinə çevrilməməyə, işğal olunmuş ərazilərə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni səfərlərdən çəkinməyə çağırırıq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər hüquqi məsuliyyət ehtiva edir.

Vətəndaşları sözügedən tədbirə dəvət olunmuş ölkələri də öz vətəndaşlarının bu konfransda qeyri-qanuni iştirakının qarşısını almaq üçün təsirli addımlar atmağa çağırırıq".

Son xəbərlər

Orphus sistemi