Yuxarı
    Bağlamaq

    XİN rəhbəri: "Rəsmi Bakı ÜAK məsələsinin müsbət nəticəsinə ümid edir"

    Elmar Məmmədyarov: Təşkilat iki ölkə arasında humanitar və digər münasibətlərin inkişafında vacib əlaqələndirici rolu oynayırdı© Report

    Bakı. 17 iyul. REPORT.AZ/ "Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Azərbaycanla Rusiya arasında humanitar əlaqələrin inkişafında vacib rol oynayırdı."

    "Report"un verdiyi xəbərə görə, bu barədə RİA "Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

    "Biz dəfələrlə müxtəlif səviyyələrdə məsələyə münasibətimizi bildirmişik. Bu təşkilat iki ölkə arasında humanitar və digər münasibətlərin inkişafında vacib əlaqələndirici rolu oynayırdı", - nazir deyib.

    Onun sözlərinə görə, ÜAK ona qarşı irəli sürülən hüquqi çatışmazlıqları aradan qaldırıb.

    "Bu məsələyə dair apellyasiya qərarının müsbət nəticəsinə ümid edirik", - E.Məmmədyarov deyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi