Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər

Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər Azərbaycan diaspor fəalları Berlində Brandenburq qapısı qarşısında aksiya keçiriblər.
Xarici siyasət
26 Aprel , 2024 15:43
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər

Azərbaycan diaspor fəalları Berlində Brandenburq qapısı qarşısında aksiya keçiriblər.

"Report" xəbər verir ki, aksiya iştirakçıları Azərbaycana həmrəylik nümayiş etdiriblər.

Aksiya iştirakçıları alman və ingilis dillərində "Qarabağ Azərbaycandır" şüarları səsləndiriblər. Həmçinin aksiya çərçivəsində Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, bu gün bundan əvvəl erməni lobbisinin nümayəndələri Kansler Aparatının qarşısında Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə Berlinə səfərinə etiraz olaraq aksiya keçiriblər.

Azərbaycan prezidentinin səfəri təkcə erməni lobbisinin nümayəndələrini deyil, onlarla eyni maraqlardan çıxış edən, xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən bir qrup azərbaycanlını da narahat edib. Belə ki, məlumatlara əsasən, Əfqan Muxtarlı da etiraz aksiyası keçirənlərin sırasına qoşulub.

Son xəbərlər

Orphus sistemi