Yuxarı

XİN başçısı: "Azərbaycan Türkiyə və Rusiya arasındakı münasibətlərdə yaxınlaşmanı alqışlayır"

Sergey Lavrov: Azərbaycan-Rusiya münasibətləri hansısa xarici konyukturadan asılı deyil

Bakı. 12 iyul. REPORT.AZ/ "Azərbaycanda Türkiyə və Rusiya arasında münasibətlərdəki yaxınlaşmaya görə sevinirlər".

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya arasındakı münasibətlərin normallaşması da S.Lavrovla danışıqlarda müzakirə mövzusu olub.

"Biz bu addımı alqışlayırıq və bu hadisəyə görə şadıq", - deyə E.Məmmədyarov bildirib.

Öz növbəsində, S.Lavrov Azərbaycan-Rusiya münasibətlərinin hansısa xarici konyukturadan asılı olmadığını bəyan edib: "Regionda nə qədər az problem olarsa, Rusiya və Azərbaycan üçün bir o qədər yaxşı olar".

Eyni zamanda, o əlavə edib ki, münasibətlərin normallaşması Rusiya və Türkiyənin müxtəlif yanaşmalarının olduğu Suriya məsələsində də anlaşılmazlığı azaltmağa kömək edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi