XİN: Azərbaycan qlobal təhlükəsizliyə töhfə verir

XİN: Azərbaycan qlobal təhlükəsizliyə töhfə verir
Xarici siyasət
146
28 Fevral , 2020 11:49
XİN: Azərbaycan qlobal təhlükəsizliyə töhfə verir
Leyla Abdullayeva / Report / Sultana Ahmadbayli

“Azərbaycan uzun illərdir BMT-nin inkişafına və dəstəklənməsinə töhfə verir. Xalqımız və Azərbaycan hökuməti BMT dəyərlərini bölüşür”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva ADA Universitetində BMT-nin 75 illiyinə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandığı dövrlə müqayisədə çox dəyişib, ölkə qarşısında duran çətinliklər daha mürəkkəb olub. 

“Azərbaycan həmişə BMT-nin prinsiplərə və Nizamnaməsinə sadiq olub. Azərbaycan qlobal təhlükəsizlik və sabitlik sisteminin qorunması üçün BMT-nin sülhməramlı missiyalarına töhfə verib”, - XİN rəsmisi bildirib.

L.Abdullayeva xatırladıb ki, Azərbaycan həmçinin BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatının üzvüdür.

O, Azərbaycanın Qoşulmama Hərəkatına 3 aylıq sədrliyi dövründə 27 bəyanat, 3 kommünike və 5 qətnamə ilə çıxış etdiyini vurğulayıb.

“Azərbaycan multikulturalizmi və tolerantlığı inkişaf etdirməyi prioritet sayır”, - XİN sözçüsü söyləyib.

Son xəbərlər