Parisdə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Parisdə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Xarici siyasət
11 May , 2024 03:31
Parisdə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

“Report”un yerli bürosu bildirib ki, ki, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə fransalı siyasətçilər, diplomatlar, incəsənət nümayəndələri, yerli ictimaiyyətin, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Heydər Əliyevin ölkəmizin müstəqilliyi və inkişafı istiqamətində müstəsna xidmətlərindən danışıb. Diplomat Heydər Əliyevin SSRİ dövründən başlayaraq müstəqillik illərinədək siyasi, iqtisadi, hərbi və sosial sahələrin inkişafı istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətindən söz açıb.

Tədbirdə Fransanın Azərbaycanda ilk səfiri Jan Perren və ikinci səfiri Jan-Pyer Ginüt Heydər Əliyev haqqında xatirələrini qonaqlarla bölüşüb, Ulu Öndərin Fransaya səfəri, Fransa prezidenti Fransua Mitteranla görüşü, iki ölkə arasında bağlanan Dostluq müqaviləsi və bu kimi tarixi hadisələrdən söz açıblar.

Tədbir Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert proqramı ilə davam edib. Konsertdə azərbaycanlı pianoçu Səidə Zülfüqarova, opera müğənnisi Timur Abdikiyev, fransalı violonçel ustası Lor Volpato azərbaycanlı və dünya bəstəkarlarının musiqilərini ifa ediblər.

Son xəbərlər

Orphus sistemi