Bakı. 19 noyabr. REPORT.AZ/ Xarici işlər nazirinin müavini,
- Noyabr ayında Bakıda
- Biz bunun üçün digər Xəzəryanı ölkələrə təkliflər vermişik. Təəssüf ki, İşçi Qrupun iclasını noyabrda keçirmək mümkün olmayacaq. Çalışacağıq ki, iclası dekabrın birinci yarısında təşkil edək. Digər tərəfdaşlarımıza belə bir təkliflə müraciət etmişik, onların cavablarını ümumiləşdirib bir qərar verəcəyik. Niyyətimiz bu görüşü dekabrın birinci yarısında keçirməkdir.
- Görüşün proqramı bəllidirmi?
- Bəli, gündəliyi bəllidir. İlk növbədə, Xəzərin hüquqi statusu haqqında Konvensiyadan irəli gələn məsələləri müzakirə edəcəyik. Eyni zamanda dövlət başçılarının sonuncu sammitdə təsdiqlədikləri Kommünikedə əksini tapan göstərişlər, tövsiyələr, qəbul olunmuş razılaşmaların yerinə yetirilməsi ilə bağlı məsələləri nəzərdən keçirəcəyik.
- Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, bu ilin sonunadək Azərbaycanda Xəzərin Su və Bioloji Ehtiyatlarının Mühafizəsi və Səmərəli İstifadəsinə dair Hökumətlərarası Komissiyanın ikinci iclasının təşkil olunacağı gözlənilir. Bu görüşə hazırlıq görülürmü?
- Tərəflərin konfransı keçirilməlidir. Bu Tehran Konvensiyasına müvafiq olaraq keçirilən tədbirdir. Burada Azərbaycan tərəfindən əsas dövlət qurumu Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Xarici İşlər Nazirliyi də bu məsələlərin əlaqələndirilməsində iştirak edir. Hazırda bunu üzərində iş aparılır. Artıq İşçi qrupları görüşüb, müəyyən məsələləri müzakirə ediblər. Bu çərçivədə konfransa hazırlıq işləri aparılır.
- Xəzərlə bağlı bütün məsələləri həll etmək üçün daha nə etmək lazımdır?
- Bunun üçün konvensiya qəbul olunub. Növbəti mərhələ kimi bu sənədin bütün digər dövlətlər və Azərbaycan tərəfindən ratifikasiya olunması prosesi gedir. Bu mərhələ başa çatandan sonra gündəlikdə konvensiyanın qüvvəyə minməsi məsələsi var. Sənəd qüvvəyə minəndən sonra onun səmərəli həyata keçirilməsi ilə bağlı xüsusi mexanizm yaradılıb. Həmin mexanizm çərçivəsində mütəmadi olaraq bu sahədə işlər davam etdiriləcək.