"Azərbaycan həmişə BMT-nin etibarlı tərəfdaşı olub".
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT Günü münasibətilə keçirilən tədbirdə deyib.
O xatırladıb ki, bu il Azərbaycan Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələrin qurulmasının 30 illiyini qeyd edir.
"Son 30 ildə Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə verən ölkəyə çevrilib. Azərbaycan həmişə BMT-nin etibarlı tərəfdaşı olub, eyni zamanda Qoşulmama Hərəkatında sədrliyi çərçivəsində sülhü təşviq edir", - nazir müavini bildirib.
Onun sözlərinə görə, BMT Günü əməkdaşlığın ümumi gündəliyini genişləndirmək üçün gözəl imkan yaradır.
E.Məmmədov qeyd edib ki, bu gün dünya problem və çağırışlarla üzləşib, onların həlli yalnız birgə səylərlə mümkündür.